Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 11:51

Bakıda elektrik enerji təchizatında fasilələr yaranıb



Dünən gecədən Bakı şəhərində müşahidə olunan güclü yağış və külək nəticəsində paytaxtın bəzi qəsəbələrində elektrik enerji təchizatında fasilələr yaranıb.

APA-nın məlumatına görə, əlverişsiz hava şəraitinə görə Binəqədi rayonunun Sulutəpə, Abşeron rayonunun Fatmayı qəsəbəsi və digər yaşayış massivlərində işıqlar artıq neçə saatdır yanmır.

Qəsəbə sakinlərinin sözlərinə görə, Sulutəpə qəsəbəsinə gedən əsas elektrik naqilləri qırılıb və bu səbəbdən qəsəbədə dünən axşamdan elektrik enerjisinin verilməsində problemlər yaranıb.
XS
SM
MD
LG