Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:39

Ukrayna müxalifəti Yanukoviçin danışıqlar təklifini rədd edir


Kiyevdə etiraz
-
Ukrayna müxalifət liderləri Yanukoviçin danışıqlar təklifini rədd edirlər. Onlar hökumətin istefasını tələb edirlər. Etirazçılar Kiyevin mərkəzinin işğalını davam etdirir. Polis qüvvələri küçələri etirazçılardan təmizləməyə çalışır.

Pentaqon bildirir ki, Ukrayna müdafiə naziri Pavlo Lebedev ABŞ müdafiə katibi Chuck Hagel ilə telefon danışığında Yanukovych hökumətinin aksiyaçılara qarşı silahlı güclərdən istifadə etmədiyini bildirib.

ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə qarşı sanksiyaların tədbiq edilməsi ətrafında müzakirələr apardığını deyir.

Ukraynanın baş nazir müavini Serhiy Arbuzov-un cümə axşamı Brüsseldə Avropa Birliyinin komissarı Stefan Fuele ilə görüşü gözlənilir. Onlar Ukraynanın Avropa Birliyi ilə Assosiasiya Sazişi haqqında müzakirələr aparacaqlar.
XS
SM
MD
LG