Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Hökumət SOCAR-a 4200 hektar torpaq sahəsi verdi


-
Nazirlər Kabineti Dövlət Neft Şirkətinə (ARDNŞ) yeni emal müəssisələrinin tikintisi üçün Sənqəçal terminalı yaxınlığında 4200 hektar torpaq sahəsi ayırıb.

Bu barədə dekabrın 11-də Neft Şirkəti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, artıq həmin ərazidə mövcud olan infrastrukturların köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanıb.

Hazırda həmin ərazidə rabitə, qaz, elektrik və su xətləri yerləşir.
XS
SM
MD
LG