Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Xalq artisti Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub


Xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub.

Rafiq Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, əməliyyat çətin keçib:
“Əməliyyat dörd saata yaxın çəkdi. Çox ağır və ciddi əməliyyat olub. Amma orqanizmin müqavimət qabiliyyəti yaxşı olub. Həkimlər dedilər ki, əməliyyat müddətində ciddi problemlər yaranıb. Ağciyərin üstündən şişi götürüblər. Biz düşünürdük ki, bəlkə ağciyərini kəsəcəklər, amma əsas problem bronxlarda olub, ona görə də, bronxlarda da əməliyyat aparılıb. Xəstəliyin bronxlara metastaz verməsi ciddi problemdir. Ciyərini kəsib götürsəydilər, daha yaxşı olardı, nəinki bu xəstəliyin bronxlara yayılması”.

Səbinə Hüseynova deyib ki, müalicə ilə əlaqədar hələ 10 gün Türkiyədə qalacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG