Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Qar gözlənir


Dekabrın 11-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək, yağış gözlənilir, havanın temperaturu +6 dərəcədən +1 dərəcəyə enəcək.

Bu barədə sinoptiklər bildiriblər.

Dekabrın 11-də ölkənin şimal və qərb regionlarında sulu qar və qar yağacaq.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, güclü şimal-qərb küləyi əsəcək.
XS
SM
MD
LG