Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

İsmayıllı hadisəsi ilə bağlı məhkəmə davam edir


Azerbaijan. Ismayilli. court
Azerbaijan. Ismayilli. court
-
Dekabrın 10-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbsdə olanların məhkəməsi davam edir.

Bu dəfə məhkəmə prosesində şahid qismində İsmayıllıdan olan 9 polis iştirak edir.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG