Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 16:03
-
Elm və təhsil» nəşriyyatında Mir Məhəmməd Hüseyni Möminin «Həkim Möminin töhfəsi» kitabının I cildi çapdan çıxıb.

MEA Əlyazmalar İnstitutundan AzadlıqRadiosuna verilən xəbərə görə, bu əsəri Səfəvilər dövrünün görkəmli təbibi, alimi Mir Məhəmməd Mömin Şah Süleymanın sarayında həkimbaşı vəzifəsində çalışdığı zaman yazıb.

Mömin əsərdə Zəkəriyya Razi, İbn Sina, İbn Baytar və başqa məşhur təbabət alimlərinin əsərlərindən və özünün şəxsi təcrübəsindən istifadə edərək, Şərq təbabəti və əczaçılığının nəzəri və praktiki məsələləri barədə məlumat verib.

Əsər XX əsrin əvvəllərinə qədər Yaxın və Orta Şərqdə təbiblər arasında çox yayılıb və geniş istifadə edilən kitablardan biri olub.

Fars dilindən tərcümə edən, ön söz, izah və şərhlərin müəllifi Kamil Hüseynoğludur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG