Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:26

İraqda terror hadisəsi baş verib


İraqda baş verən hücum nəticəsində azı 39 adam ölüb, 120-dən çox adam yaralanıb. Hücumlar şiələrin daha çox məskunlaşdığı Bayaada olub.

Bomba yerləşdirilmiş nəqliyyat vasitəsindən biri avtotəmir emalatxanasının yaxınlığında partlayıb.

Hadisə ilə bağlı hələlik heç bir qrup məsuliyyəti üzərinə götürmür. Güman edilir ki, hücumda Əl-Qaidənin əli var.

BMT-nin qiymətləndirməsinə görə, bu il İraqda 8 min adam ölüb.
XS
SM
MD
LG