Dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyası keçiriləcək. Sessiyanın adı belədir: “Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili”.
Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə həmin sessiyada iştirak edəcək. Nümayəndə heyəti artıq Qvineyaya yola düşüb. Nazirliyin mətbuat xidməti bildirir ki, tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.