Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:39

Azərbaycanlıdan 20 kiloqram kürü götürüldü


-
Moskva-İstanbul reysi ilə qanunsuz yolla 20 kiloqram qara kürü aparmaq istəyən azərbaycanlı saxlanıb.

Bu barədə dekabrın 6-da Rusiyanın Federal Gömrük Xidmətinin internet səhifəsində məlumat verilib.

«Domededovo» hava limanında baxış zamanı Azərbaycan vətəndaşının yük çantasından 40 banka nərə kürüsü aşkarlanıb.

Sərnişinin dediyinə görə, kürünü Moskva bazarından qarşıdakı bayramlar üçün 15000 rubla (500 dollara) alıb.

Gömrük İttifaqına daxil olan ölkələrin ərazisindən şəxsi istifadə üçün 250 qramdan çox kürü aparılmasına icazə verilmir.
XS
SM
MD
LG