Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:58

Müəllimlər qurultaya hazırlaşır


-
Dekabrın 14-də müəllimlərin 14-cü qurultayı keçiriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlik mütəxəssislərin və digər əlaqədar şəxslərin qurultayda müzakirəsi məqsədəuyğun hesab edilən məsələlərlə bağlı təkliflər verməsini istəyir.

Bununla bağlı qurultay@edu.gov.az elektron poçtu yaradılıb.

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı il avqustun 15-də keçirilib.

Həmin qurultayda 6 məsələ müzakirə olunub.

Müzakirə olunan məsələlər arasında «oxumaq və yazmağı asanlaşdırmaq üçün ümumi bir üsulun hazırlanması», kənd müəllimlərinin «əhval və güzəranına dair» məsələlər də olub.
XS
SM
MD
LG