Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:49

Davutoğlu Yerevana gedir


Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QTİƏT) sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ahmet Davutoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində mətbuat konfransında bəyan edib.

Davutoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Erdoğanla məsləhətləşdikdən sonra verib.

Elmar Məmmədyarov da QTİƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Yerevanda keçiriləcək görüşünə dəvət olunub.
XS
SM
MD
LG