Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:37

Rusiyalı diplomatlar ABŞ-da kasıblar üçün tibbi xidmətlərdən qanunsuz istifadədə ittiham olunur


Rusiya ABŞ-ın Rusiya diplomatlarına qarşı ittihamlarını rədd edib. Xarici işlər nazirinin müavini Rybakov bu itttihamları “rusları sevməyən” qüvvələrin işi hesab edir.

Nyu York prokurorlarının irəli sürdüyü ittihama görə, Rusiyanın 49 indiki və keçmiş diplomatı və onların ailə üzvləri ABŞ-da kasıblar üçün olan tibbi yardım güzəştlərindən qanunsuz olaraq istifadə ediblər və bu xidmətlərin ümumi məbləği 1 milyon 500 min dollardır.

Prokurorluq bildirir ki, bu diplomatlar və ailə üzvləri istirahətə və bahalı mallara on minlərlə dollar xərcləyir.

Hələlik heç kim həbs olunmayıb.
XS
SM
MD
LG