Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

FHN-dən dəm qazı xəbərdarlığı


-
Fövqəladə Hallar Nazirliyi dəm qazı ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bildirir ki, son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir.

Nazirlik əhalini mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət etməyə çağırır:

«Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz plitəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir.

Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.

Dəm qazı ilə zəhərlənən insanı dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyun. Zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin.

Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar».
XS
SM
MD
LG