Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:43

«Otağa çağırdı, döydü, dedi işdən azadsan»


Foto: Arxiv
Foto: Arxiv
-
Rauf Səfərəliyevin “Qaynar xətt”ə şikayəti “Surakhan OyL Opereyşn Compani S.A.” şirkətinin qarajının müdiri Rövşən Mikayılovdandır. Deməsinə görə, 3 il sürücü işlədiyi şirkətin qaraj müdiri bu il noyabrın 19-da xırda bir səhvə görə onu təhqir edərək işdən qovub.

“İş otağında qəflətən başıma yumruq ilişdirdi. Dedi, buranın yiyəsi mənəm, sözümdən çıxanı bir gün də işdə saxlamaram”.

Rauf Səfərəliyevin sözlərinə görə, qaraj rəisinin yumruğundan sonra özünü pis hiss etdiyinə görə 3 saylı şəhər Klinik Xəstəxanasına gedərək ilkin ambulator müalicə alıb. Bir neçə gün sonra qarajın rəisi ona işdən çıxarıldığını bildirib:

“HƏDƏLƏDİ Kİ, HARA ŞİKAYƏT ETSƏN DƏ XEYRİ YOXDUR”

Şirkətdən bildiriblər ki, Rauf Səfərəliyevin şikayəti ilə bağlı daxili araşdırma aparılıb. Belə nəticə əldə olunub ki, heç kəs ona zor tətbiq etməyib. Bir neçə gün əvvəl öz ərizəsi ilə işdən çıxıb.

Rauf Səfərəliyev isə deyir, işdən çıxarılmamışdan əvvəl qarajın rəisi ona hansısa kağızlara imza atdırıb:

Məni döyəndən sonra yanına çağırdı, kağızlara imza atdırdı. Nə kağızlar idisə, bilmirəm”.

Rauf Səfərəliyev prezidentə şikayət yazdığını deyir.

Hüquqşünas Namizəd Səfərov şikayətçiyə hüquqlarını hüquqi müstəvidə bərpa etməyi məsləhət görür:

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
“Prezidentə şikayət yazıb oturub cavab gözləmək vaxt itkisidir. Cavab gözləyə-gözləyə əslində o adam məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosedur müddəti ötürür. Əgər hesab edirsə onu qanunsuz olaraq işdən çıxarıblar, işdən çıxarılması barədə əmrin surətini alıb şirkətə qarşı iddia ərizəsi ilə ərazi üzrə məhkəməyə şikayət edə bilər”.
XS
SM
MD
LG