Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:20

Kiyevdə Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılıb


Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Elmar MəmmədyarovEdward Nalbandian Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini Kiyevdə müzakirə ediblər.

Ermənistan XİN məlumatında deyilir ki, nazirlər əvvəlcə təkbətək görüşüblər. Daha sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anzhey Kaspirshik onlara qoşulub.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla tənizmlənməsində irəliləyişə nail olmaq üçün nazirlərlə müzakirələri davam etdiriblər. Müzakirələrin gedişində münaqişə zonasında gərginliyi azaltmağa yönələn mümkün addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrin lap tezliklə davam etdirilməsində də razılığa gəlinib. Həmsədrlər yaxın vaxtlarda regiona gəlmək niyyətlərini açıqlayıblar.
XS
SM
MD
LG