Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:05

Həmidə Ömərova və Nurəddin Mehdixanlı... «Hasarın o üzündə»


Həmidə Ömərova və Nurəddin Mehdixanlı
Həmidə Ömərova və Nurəddin Mehdixanlı
-
Həmidə Ömərova və Nurəddin Mehdixanlı ...“Hasarın o üzündə”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iki tanınmış aktyoru bir araya gətirib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tanınmış kinoaktrisa, Xalq Artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Nurəddin Mehdixanlının iştirakı ilə yeni tamaşanın təqdimatına hazırlaşırlar.

Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında hazırlanan tamaşanın artıq son məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Xəbərdə bildirilir ki, tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülüb.

Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulur. Bəs hadisələrin sonrakı inkişafı hansı istiqamətdə inkişaf edir?

Mətbuat xidməti bu fikirdədir ki, bütün bunları yalnız yeni tamaşanı seyr edənlər biləcək.

Yeni səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.

Tamaşada teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova da rol alıblar.

İlk tamaşa dekabrın 21 və 22-də baş tutacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG