Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Məktəb dərsliyi və uşaq kitabı çap edənlərə güzəşt


Milli Məclis
Milli Məclis
-

Dekabrın 3-də Milli Məclis məktəb dərslikləri (iş dəftərləri istisna olmaqla), uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya,nəşriyyat və poliqrafiya fəaliyyətinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması üçün Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.

Bir neçə deputat təkcə dərsliklərin deyil, ümumiyyətlə kitab çapının ƏDV-dən azad olunmasını təklif edib.

Vergi Məcəlləsində dəyişiklik edilməsilə bağlı müzakirələrdə iştirak edən millət vəkilləri Çingiz Qənizadə, Fazil Mustafa və Qənirə Paşayeva kitab nəşrinin, istər dərsliklər olsun, istərsə də bədii ədəbiyyat, ƏDV-dən azad edilməsinin bu sahənin inkişafına müsbət təsir göstərəcəyini deyiblər.

PROBLEM ƏDV DEYİL...

Millət vəkili Siyavuş Novruzov deputatların fikirlərini dəstəklədiyini bildirsə də, bu sahədə əsas problemlərin ƏDV ilə bağlı olmadığını söyləyib.

“Kitabı içindəki yazıya görə alırlar. İndi isə əksinədir. İndi kimin adamı var, kitab çıxardır. Az qalırlar Nizami və Füzulini gəlib vurub keçələr. Maraqlı kitabları qiymətindən asılı olmayaraq hər kəs alıb oxuyur”.
XS
SM
MD
LG