Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 10:45

David Cameron Çinə gedib


David Cameron və Li Keqiang
Böyük Britaniyanın baş naziri David Cameronun Çinə 3 günlük səfəri başlayıb.

Səfər zamanı onu 6 nazir və 100-dən çox iş adamı müşaiyət edir.Səfərdə əsas məqsəd iki ölkə arasında biznes və ticarət əlaqələrini genişləndirməkdir.O həmçinin səfər zamanı Çinlə Avropa Birliyi ölkələri arasında ticarətin liberallaşdırılması ilə bağlı razılaşmaya təkan vermək fikrindədir.

Bu səfər iki ölkə arasındakı münasibətlərin istiləşməsindən xəbər verir. Cameronun ötən il Londonda Tibetin dini lideri Dalai Lama ilə görüşməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirmişdi. Pekin Dalai Lamanı separatçılıqda günahlandırır.
XS
SM
MD
LG