Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:09

Əlyazmalar İnstitutu Türkiyədəki məsləkdaşları ilə əlaqə qurur


Turkish-Mustafa Budaq
-
Ötən həftəsonu Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivlərinin baş müdir yardımçısı Mustafa Budaq MEA Əlyazmalar İnstitutunun qonağı olub.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, M.Budaq institutun işi ilə yaxından tanış olub və şöbələri gəzib.

Sonra institutun iclas zalında M.Budaqla əməkdaşların görüşü keçirilib.

İclasda institutun direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin müxtəlif müəssisələri ilə faydalı əməkdaşlıqdan danışıb, M.Budaqla, onun çalışdığı qurumla əlaqələrdən çox şey gözlədiyini bildirib.

M.Budaq fəaliyyət göstərdiyi müəssisənin işi, özünün təcrübəsi barədə danışıb və Türkiyədə Azərbaycana dair çoxlu sənədlərin olduğuna diqqət çəkib.

İştirakçılar belə bir qərara gəliblər ki, hər iki müəssisə – Əlyazmalar İnstitutu və Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivləri İdarəsi arasındakı əlaqələrin genişləndirilməsi, tarixin, mədəniyyətin öyrənilməsinə böyük fayda verə bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG