Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:32

Bəzi yollarda avtomobillərin hərəkəti bir həftə ərzində məhdudlaşdırılacaq


-
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar dekabrın 1-dən 8-dək Bakıda avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.

Bu haqda apa-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

Bura Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellər, Heydər Əliyev, Gülüstan sarayları, İçərişəhər, Heydər Əliyev Mərkəzi və bir sıra istiqamətlər daxildir.

V. Əsədov bir həftə ərzində paytaxt sakinlərindən ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.
XS
SM
MD
LG