Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:56

Keçmiş Ukrayna prezidenti Avropa Birliyini səhvə yol verdiyini deyir


 Viktor Yushchenko və Yuliya Tymoshenko
Viktor Yushchenko və Yuliya Tymoshenko
“Avropa Birliyi Ukrayna ilə danışıqlarda keçmiş baş nazir Yuliya Timoshenkonun həbsdən azad olunmasını ilkin şərt kimi qoymaqla səhvə yol verib”.

Bunu keçmiş Ukrayna prezidenti Viktor Yushchenko Almaniyanın Die Welt qəzetinə müsahibəsində deyib.O qeyd edib ki, Avropa ilə yaxınlaşma məsələsini həll etmək olardı, amma indi Kiyevin Avropa Birliyi qapılarının həqiqətən açıq olmasına inamı zəiflədi.

Ukrayna prezidenti Viktor Yanukovic bundan əvvəl yerli televiziyaya müsahibəsində deyib ki, Timoshenkonun azad edilməsi məsələsini məhkəmə həll eləməlidir.
XS
SM
MD
LG