Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57

Avropa İttifaqı liderləri Şərqi Avropadan olan həmkarları ilə görüşəcəklər


Arxiv foto
Arxiv foto
-
Demokratik, çiçəklənən və sabit Şərq Tərəfdaşlığının qurulması

(Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo və Avropa İttifaqının Hökumət və Dövlət Başçıları Şurasının Prezidenti Herman Van Rompuy tərəfindən yazılmış birgə məqalə)

Sabah Avropa İttifaqı liderləri Şərqi Avropadan olan həmkarları ilə Şərq Tərəfdaşlıq Sammitinin keçiriləcəyi Litvanın gözəl paytaxt şəhəri Vilnüsdə toplanacaqlar. Vilnüs Sammiti birgə niyyətimizin daha geniş Avropa qitəsini birgə dəyərlər və məqsədlər ətrafında bir az da yaxınlaşdırmaq olduğunu sübut edəcək.

Şərq Tərəfdaşlığı şərqdəki qonşuluğumuzda olan ölkələrlə daha yaxın siyasi assosiasiya və iqtisadi inteqrasiya təşviq etmək üçün Avropa İttifaqının əsas siyasi alətidir. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna bu Tərəfdaşlıqda iştirak edir.

Məqsədimiz qanunun aliliyi əsasında demokratik, perspektiv və sabit qonşuluğun addım-addım qurulması üçün regiondakı tərəfdaşlarımızla birgə işləməkdir. Çoxpartiyalı sistemlərin və əsas azadlıqların dəstəkləndiyi, müstəqilliyə hörmət bəslənən, şüarı rəqabət deyil, əməkdaşlıq olan demokratik qonşuluq məkanı.

Həm Avropa İttifaqı, həm də tərəfdaş ölkələrdən olan sahibkarlara fayda qazandıran daha çox iş və biznes imkanlarının olduğu, nəqliyyat bağlantılarının gücləndiyi, eləcə də səfər və tələbə mübadilələrinin artdığı çiçəklənən qonşuluq məkanı.

Açıq münaqişə riskinin yox olduğu, insanlar öz ölkələrindən kənarda daha yaxşı həyat axtarmaq məcburiyyətində qalmadığı üçün miqrasiya təzyiqlərinin azaldığı sabit qonşuluq məkanı.

Vilnüsdə İttifaqın qonşuluq siyasətinin ilk onilliyinin başa çatdığı və 2009-cu ildə Şərq Tərəfdaşlığının işə salındığı vaxtdan sonra ötmüş ilk dörd ili qeyd ediləcəkdir. Biz öz tərəfdaşlarımızla Dərin və Hərtərəfli Azad Ticarət Məkanları daxil olmaqla iddialı Assosiasiya Sazişləri üzərində çalışmağa davam edir, İttifaqla region arasında səfərlərin yüngülləşdirilməsi və liberallaşdırılması istiqamətində olan meyarlara və tədbirlərə cavab veririk.

Bu sazişlər ancaq müştərilərinin sayı yarım milyard nəfərdən artıq olan dünyanın ən iri bazarına çıxış təklif etmir, eləcə də öz iqtisadiyyatlarında islahatlar aparmaq və onu yenidən formalaşdırmaqda və öz cəmiyyətlərini müasirləşdirməkdə tərəfdaşlarımıza yardım edir.

Danışıqları yeni bitirdiyimiz Gürcüstan və Moldova üçün Sammitdə böyük tərəqqi əldə ediləcək və sazişlərimiz paraflana biləcəkdir.

Şübhəsiz ki, Dərin və Hərtərəfli Azad Ticarət məkanı da daxil olmaqla Assosiasiya Sazişi ətrafında danışıqlar apardığımız və sazişi paraflandırdığımız Ukraynaya daha çox diqqət ayrılacaqdır. Sazişin Vilnüsdə imzalanmasına dair təklifimiz hələ də qüvvədədir.

Bunun üçün Ukrayna rəhbərliyinin zəruri siyasi iradəsinin olması, 2012-ci ilin dekabr ayında müəyyən edilmiş şərtlər istiqamətində qəti tədbirlərin görülməsi və gözəçarpan tərəqqinin əldə edilməsi tələb olunur. Əminik ki, Sazişin imzalanması ilə bütün Ukraynalıların çiçəklənən və sabit gələcəyinin qurulması baxımından Ukraynanın iqtisadi vəziyyəti, islahat kursu və müasirləşdirməsi istiqamətində mümkün olan ən yaxşı şəkildə yardım göstəriləcəkdir.

Ukrayna vətəndaşları bu son günlərdə bir daha Avropa assosiasiyasının tarixi mahiyyətini tam şəkildə başa düşdüklərini və onu qəbul etdiklərini nümayiş etdirmişlər.
Müasirləşən ölkələr, genişlənən bazarlar və artan azad ticarət elə irəliləyişdir ki, burada hər kəs qlobal iqtisadiyyata fayda qazandırmağın tərəfdarıdır.

Avropa İttifaqı ilə daha güclü münasibətlər Şərq tərəfdaşlarımızla onların Rusiya kimi qonşuları arasında olan münasibətlər bahasına qurulur. Heç kəs bizim tərəfdaşlardan öz əlaqələrindən imtina etməyi və ya Rusiya ilə azad ticarət sazişi imzalamamağı tələb etmir. Şərq Tərəfdaşlığı hər birimizin xeyir qazanacağı uğurlu vəziyyət kimi qəbul edilməlidir.

Biz Şərqi Avropa qonşularımıza və ümumiyyətlə regiona cəlbedici strateji konsepsiya və həmin konsepsiyaya çatmaq üçün vasitə təklif edirik. Ancaq bu, Avropa İttifaqının təklifini qəbul etmək üçün bizim tərəfdaşımızın müstəqil seçimidir – xarici təzyiqdən azad şəkildə öz vətəndaşlarının xeyrinə etdiyi seçimdir ki, bu da zəruri dəyər və standartlara uyğun yaşamaq deməkdir. Avropa İttifaqı islahatlar və müasirləşmə sahəsində iştirak etmək istəyən tərəflər üçün daha açıq olacaq və daha çox yardım göstərəcəkdir.

Ən böyük dəyişiklik Avropa İttifaqının sərhədlərində baş vermişdir. Son bir neçə ildə Avropa İttifaqı Şərq qonşularımızın əksəriyyətinin ən iri ticarət tərəfdaşına və investisiya mənbəyinə, siyasi iştirakçısı və etibarlı tərəfdaşına çevrilmişdir. Və bunlar ancaq ilk addımlardır. Son nəticədə Avropa və Şərq tərəfdaşları ayırıcı sərhədlərin olmadığı birgə qitədə çiçəklənə bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG