Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

«Azadlıq» qəzeti aksiyaya hazırlaşır


“Azadlıq” qəzetinin redaksiyası
“Azadlıq” qəzetinin redaksiyası
-
“Azadlıq” qəzeti satışdan əldə olunan 60 min manata yaxın vəsaiti hələ də “Qasid” mətbuat yayımı firmasından ala bilmir. Buna görə də qəzet noyabrın 29-da yenidən firmanın qarşısında aksiya keçirməyi qərara alıb.

Bunu AzadlıqRadiosuna baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib.

“Bu gün “Qasid”in bizə borcu 60 min manata çatıb. İl yarımdır mübarizə aparırıq, amma hakimiyyət bu problemin həlli üçün heç bir addım atmır. Bunun hamısı hakimiyyətin “Azadlıq” qəzetinə olan münasibətindən qaynaqlanır.

Dəfələrlə ”Qasid" rəhbərliyi ilə danışıqlar aparmışıq, firmasının qarşısında etiraz aksiyaları keçirmişik. Amma heç bir nəticəsi yoxdur. “Qasid”dən pulumuzu ala bilmədiyimizə görə qəzetin “Azərbaycan” Nəşriyyatına böyük məbləğdə borcu yaranıb".

Rahim Hacıyevin sözlərinə görə, onlar yenidən aksiya keçirməklə həm problemə diqqət çəkmək, həm də “Qasid” firmasından pularını almaq istəyirlər.

“Qasid” firması qəzetlərə olan borcu etiraf edir. Bildirir ki, firmanın köşklərinin xeyli hissəsi şəhərdən götürüldüyü üçün satışda problem yaranıb. Buna görə də satılan qəzetlərin pullarını redaksiyalara ödəmək çətin olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG