Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:49

Ə. Talıbov: Elşad peşəkar rejissordur


Noyabrın 26-da sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə onun vəkili Əfsər Talıbov çıxış edib.

O, Gülər Əhmədovaya qarşı qaldırılan bütün ittihamları əsassız sayıb. Sabiq millət vəkilinin saxta sübutlarla həbs edildiyini bildirib:

“Cinayətin obyekti olan pul ortada yoxdur. İqtidar yolunda can qoyan qadını 10 aydır həbsdə saxlayırsız. Əgər qanunlara 1 faiz əməl olunsa Gülər Əhmədova azadlığa çıxmalıdır. Bir dənə də sübut yoxdur ki, o həbs olunsun.
Elşad peşəkar rejissordur. Ortada pul olsaydı, həmin peşəkar rejissor bunu çəkməli idi. O hüquq professoru olsa da, böhtançıdır. Gülər xanımın arxası yoxdur deyə onu tutubsuz? Tələb edirəm ki, videoda kimlər varsa hamısını tutun”.

Əfsər Talıbov istintaq orqanlarını qanunlara əməl etməməkdə günahlandırıb. Bildirib ki, Gülər Əhmədova vəkili olmadan 2 dəfə dindirilib.
Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.

Sabiq millət vəkili bu ilin fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Prokuror məhkəmədən Gülər Əhmədovaya 4 il həbs istəyib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir
XS
SM
MD
LG