Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:14

Gülər Əhmədovanın məhkəməsi təxirə salınıb


Keçmiş millət vəkili Gülər Əhmədovanın bu gün keçirilməli olan məhkəməsi sabaha təxirə salınıb. Buna səbəb onun vəkilinin prosesdə iştirak edə bilməməsi olub.

Sabahkı məhkəmədə Gülər Əhmədovanın vəkilinin müdafiə, özünün son sözlə çıxış edəcəyi gözlənilir.

Dövlət ittihamçısı Gülər Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG