Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:21

Söyüdlüdə uşaqlar niyə məktəbə gedə bilmir?


Arxiv foto
Arxiv foto
-
“Yollarımız bərbad gündədir, asfalt yoxdur, çala-çuxura düşən maşınlar çirkab sularını yolu keçmək istəyən piyadaların üstünə vurur. Uşaqları məktəbə göndərə bilmirik, qəzalı yollar uşaqların həyatı üçün təhlükəlidir”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Neftçalanın Söyüdlü kəndinin sakini Vüsal Tağıyev deyib.

"BİR ARAŞDIRAN YOXDUR Kİ..."

Kəndiçi yolların təmir olunmasını başqa kənd sakini Rüfət Salmanlı da tələb edir:

“Dəfələrlə yerli bələdiyyəyə, icra nümayəndəsinə, rayon icra hakimiyyətinə, deputatımıza yazmışıq. Cavab yoxdur. Bir araşdıran yoxdur ki, bu kəndiçi yolların təmirinə, bərpasına nə qədər pul ayrılır, nə qədər pul silinir və həmin pullar kimin cibinə gedir.

Yiyəsizlik baş alıb gedir. Yağışlar başladı, evdən çölə çıxa bilmirik. İndi hansı vaxtdır ki, evdən təmiz geyimdə çıxıb geri palçıq içərisində qayıdasan. Hanı rayonların inkişafına ayrılan pullar? Kanalizasiya yoxdur, yollar çala-çuxurdur, neçə dəfə faciə baş verib bu yollarda. Yağış yağdı, yollarda maşın idarə etmək olmur. Uşaqları məktəbə buraxmağa qorxuruq”.

Neftçala rayon icra hakimiyyəti deyir, kəndarası yolların təmiri ilə bələdiyyə məşğul olmalıdır. Yerli bələdiyyə isə rayon kəndarası yollarının təmirinə ayrılan vəsaitlə bu işləri gördüyünü deyir.

Kənd bələdiyyəsindən bildirdilər ki, bələdiyyə fondunda vəsait çatışmazlığı var. Buna baxmayaraq, ara-sıra kəndin daxili yollarında təmir işləri aparılır, indiyədək bəzi küçələr asfaltlanıb. Küçələr növbəli şəkildə təmir olunur və bələdiyyədən kənd camaatının narahatlığının tezliklə aradan qaldırılacağını vəd edirlər.
XS
SM
MD
LG