Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 17:11

Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəyir


Ahmet Davutoglu
"Rəsmi Ankara Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasını istəyir".
Türkiyə mətbuatının məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

O Rusiyaya səfəri zamanı Qafqazda sülh və Azərbaycan - Ermənistan münaqişəsinin müzakirə mövzularından biri olacağını deyib. Ahmet Davudoğlu daha sonra Azərbaycanla məsləhətləşmələrin davam etdiriləcəyini qeyd edib.

O həmçinin Ermənistanla imzalanmış protokollar çərçivəsində paralel addımlar atılması və Türkiyə-Ermənistan münasibətlərinin inkişaf etdirilməsi üçün müvafiq işlərin davam edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG