Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 18:42

Ali məhkəmə müxalifətçilərin işinə nə vaxt baxacaq ?


Arif Hacılı
Ali Məhkəmənin siyasətçilər Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, İqbal Ağazadə, İbrahim İbrahimli bə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərara nə vaxt baxacağı hələlik bəlli deyil.

Bunu “Media forum” saytına Ali Məhkəmədən bildiriblər.

2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş bu şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.Avropa Məhkəməsi isə onların məhkum olunmasını qanunsuz sayıb.

Ali Məhkəmənin 2013-cü il noyabrın 15-də keçirilən plenumunda həmin məsələyə də baxılmalı idi. Amma bu işlə bağlı məruzə edəcək hakim xəstə olduğundan qərara baxılmayıb.
XS
SM
MD
LG