Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:54

ARDNŞ yeni neft-qaz emalı kimya kompleksi tikir


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
“ARDNŞ yanacağın keyfiyyətinin artırılması üçün müəyyən addımlar atır.
Bu, 2004-cü ildən başlayan böyük proqramdır, kifayət qədər böyük vəsait tələb edir və bir neçə mərhələdən ibarətdir”.Bunu jurnalistlərə şirkətin vitse-prezidenti David Məmmədov deyib.O bildirib ki, bu gün ölkədəki zavodlarda yalnız “Avro-3” yanacağı istehsal etmək mümkündür.

“Avro 5” standartlı yanacağın istehsalı üçün kifayət qədər böyük vəsait, yeni texnologiyalar lazımdır. Hazırda ARDNŞ Səngəçal terminalının şimalında və Qaradağ-Abşeron ərazisində tikilən yeni neft-qaz emalı kimya kompleksində daha müasir avro standartlarına uyğun yanacaq istehsal olunmasını nəzərdə tutub.
Bu komplekslər 2023-2025-ci illərdə istifadəyə veriləcək.
O vaxta qədər isə biz “Avro-3” standartlı yanacaq istehsal edəcəyik”.

David Məmmədov əlavə edib ki, həmin kompleks hazır olduqdan sonra mövcud zavodların fəaliyyəti tədricən dayandırılacaq.
XS
SM
MD
LG