Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:33

İsmayıllı hadisələrinə görə həbs olunanların məhkəməsi başlayıb


İlgar Mammadov
İlgar Mammadov
Noyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə həbs olunanların məhkəməsi başlayıb. Jurnalistlər prosesə buraxılmayıb. Bu dəfə yalnız təqsirləndirilən şəxslərin yaxınları zala buraxılıb.

Bu il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefasıyla nəticələnən etiraz aksiyalarına görə, 18 nəfər saxlanıb.REAL Hərəkatının lideri İlqar Məmmədovla Müsavat başqanının müavini Tofiq Yaqublu da onların arasındadır.

Onlar ictimai asaişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar. Müdafiə tərəfi ittihamları rədd edir.
XS
SM
MD
LG