Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 05:33

Kazandakı təyyarə qəzası 5 səbəbdən baş verə bilər


Foto arxiv
Kazanda qəzaya uğramış Boinq sərnişin təyyarəsindəki qara yeşiklər aşkar edilib.
İstintaq komitəsi hesab edir ki, qəzaya səbəb texniki nasazlıq və ola bilsin ki, bununla bağlı pilotun səhvə yol verməsi olub.

Təyyarə uçuş-eniş xətti ilə hərəkət xəttinin arasına düşüb.

Rusiyanın nəqliyat naziri Maksim Sokolov pilotun səhvi, keyfiyyətsiz yanacaq və texniki nasazlıq da daxil olmaqla 5 mümkün versiyanı sadalayıb.

Dispeçerlərdən biri Kiril Kornishinin sözlərinə görə, pilot yerə enə bilmədiyini bildirib və ikinci enişə icazə istəyib .Bundan bir neçə saniyə sonra isə təyyarə yerə çırpılıb.

Təyyarənin məxsus olduğu “Tatarıstan” şirkətindən ona aid bütün materiallar götürülüb.

Təyyarədə olan 44 sərnişin və 6 heyət üzvününü hamısı həlak olub.Bu gün Tatarıstanda matəm günü elan edilib.
XS
SM
MD
LG