Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 15:11

Bərdədə yanacaqdoldurma məntəqəsində partlayış olub


-
Noyabrın 17-i səhərə yaxın Bərdədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Xəsarət alan var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir.
Hadisə Bərdədə "Mürvət" yanacaqdoldurma məntəqəsində baş verib. Yanğın nəticəsində xəsarət alan yanacaqdoldurma məntəqəsinin işçisi yerli xəstəxanaya aparılıb.
Hadisə zamanı həcmi 8 ton olan bir boş yanacaq çəni və 25 tonluq yeraltı çən alışıb.

Məntəqəyə gələn yanğınsöndürənlər iki yeraltı və bir yerüstü çənlər yanğından mühafizə edə biliblər.

Yanğının səbəbləri araşdırılır.
XS
SM
MD
LG