Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:09

Albaniya ABŞ-a "yox" dedi


Albaniya Suriyanın kimyəvi silahlarının Albaniya ərazisində məhv edilməsi barədə ABŞ-ın təklifini rədd edib.

Baş nazir Edi Rama mətbuat konfransında deyib ki, Albaniya bu əməliyyatada iştirak edə bilməz.

Suriyanın kimyəvi silahlarını məhv etməyə bir neçə ölkənin ərazisi nəzərdən keçirilir. Onlardan biri Albaniyadır. Ancaq Albaniyada buna güclü narazılıq var. Paytaxt Tiranada yüz minlərlə adam hökumət binasının qabağına toplaşıb, baş nazirin nə deyəcəyini gözləyirdi.

Suriyanın kimyəvi silahları gələn il iyunun 30-na kimi məhv edilməlidir.

Kimyəvi Silahların Qadağanı üzrə təşkilat noyabrın 15-də yaranmış vəziyyəti müzakirə edir.
XS
SM
MD
LG