Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:11

İranın Azərbaycandakı səfiri: «Bir sənəd imzalanmasını istəyirik»


-
«Ümidvaram ki, bu gün İran-Azərbaycan sərhədlərinin bağlı olduğu son gün olacaq».

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin noyabrın 15-də Media forum-a belə deyib.

Səfirin sözlərinə görə, hər iki tərəfin istəyi sərhədlərin ən qısa zamanda açılmasıdır:

«Bunun üçün səfirlik əlaqədar qurumlarla danışır, eləcə də iki ölkənin sərhədçiləri arasında müzakirələr davam edir. Biz sərhəd məsələlərinin tənzimlənməsi üçün iki ölkə arasında bir sənəd imzalanmasını istəyirik».

Noyabrın 7-dən Azərbaycan-İran sərhədində problem yaranıb. İran Azərbaycanla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb. Azərbaycandakı səfirlik bildirib ki, bu addımı Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini qapamasına cavab olaraq atıb.

Noyabrın 9-da Azərbaycan-İran sərhədinin Biləsuvar buraxılış məntəqəsində piyada vətəndaşların gediş-gəlişi bərpa olunub. Sərhədin Culfa və Astara məntəqələrinin də piyadalar üçün açıldığı barədə məlumat yayıb.
XS
SM
MD
LG