Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Eyni parkı 2 ildə 3 dəfə söküb tikirlərsə…


Arxiv foto
-
“Bir yerdə ki, Heydər Əliyev parkını 2 ildə 3 dəfə söküb tikirlər, o yerdə hansı şəffaflıqdan danışmaq olar?”

Bu gileydolu sualı AzadlıqRadiosunun “Qaynar xətt”inə Binəqədi kənd sakini Azər Nəzərov ünvanlayır. O, Binəqədidəki hasarlanma işlərindən şikayət edir:

HASAR DƏRDİ…

“İcra hakimiyyəti Binəqədi kəndinə gedən yolda neft quyularının əmələ gətirdiyi çirkabları təmizləmək əvəzinə həmin yolları hasarlayır ki, çirkabı görən olmasın. Özü də hasarlar ağlay daşlardandır. Təmizləmə işləri bundan qat-qat ucuz başa gələrdi”.

SU DƏRDİ…

Azər Nəzərov deyir, seçkiqabağı Binəqədi kəndinin su probleminin həll ediləcəyi vəd olunsa da, yerinə yetirilməyib.

“Su xətlərinin çəkilməsi üçün milyonlarla vəsait ayrılıb, kim harda xımır-xımır yeyir, bir özü bilir, bir də Allah”.

PARK DƏRDİ…

“Rəsulzadə qəsəbəsindəki Heydər Əliyev parkı hələ keçmiş başçının vaxtında əsaslı təmir olunmuşdu. Təzə başçı gələn kimi yenə təmirə bağlatdırdı. 2010-cu ilin dekabrında bağlandı, 1 ildən sonar istifadəyə verildi.

Az keçmədi ki, yenə təmirə dayandı. Kiçik bir parkı 2 ildə 3 dəfə təmirə dayandırmaq nə deməkdir? Əlbəttə ki, yeyinti. Bir park ki, ilin 12 ayı təmirə bağlanır, adını “istirahət parkı” yox, “pul tələsi” qoysalar, daha yaxşı olar”.

Binəqədi rayon icra hakimiyyəti isə sakinin ittihamlarını qəbul etmir. İcra hakimiyyəti Binəqədi rayonu ərazisində su xətlərinin dəyişdirilməsi işlərinin davam etdirildiyini bildirir. Parkdakı təmir işlərini isə belə əsaslandırıb ki, orada hər hansı irimiqyaslı iş getmir, keçmiş təmirdən qalmış xırda-para işlər başa çatdırılmaq üzrədir.

Bir də, Binəqədili Azər Nəzərovun arzusu yerli icra hakimiyyəti başçısının və yerli deputatın üzünü görməkdir. Giley-güzarlarını birbaşa özlərinə çatdırmaq üçün…

Şərhlər (5)

Bu forum dayandırılıb

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG