Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Aşura günü Azərbaycanda könüllü qanvermə mərasimləri keçirilib


Bakıda qanvermə mərasimi
Məhərrimlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib.
Nazirliyin məlumatına görə, yerli vaxtla axşam saat 17-dək respublika üzrə 3 643 nəfər qan verib.

Mərasimlər Bakıda Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutu, habelə “Təzəpir”, “Mirmövsüm ağa”, “İçərişəhər Cümə”, “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidləri, bölgələrdə isə Sumqayıt şəhər “Cümə məscidi”, Gəncə şəhər “İmamzadə məscidi”, Lənkəran şəhər “Böyükbazar məscidi”, Mingəçevir şəhər “Heydər məscidi”, Şəki şəhər “Cümə məscidi” və Bərdə şəhər “Cümə məscidi”ndə keçirilib.

Aksiyalar zamanı tədarük olunan qandan hemofiliya və talassemiyalı, habelə qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
XS
SM
MD
LG