Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:00

Tələbələr Altay Göyüşova görə dərsləri boykot ediblər- [Fotolar]


Tələbələr BDU tarix fakultəsinin dekanı Azad Rzayev və prorektor Sani Hacıyev görüş zamanı
Tələbələr BDU tarix fakultəsinin dekanı Azad Rzayev və prorektor Sani Hacıyev görüş zamanı
-
Noyabrın 13-də Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbələri dosent Altay Göyüşovun işdən uzaqlaşdırılmasına etiraz olaraq dərsləri baykot ediblər.

Bu barədə AzadlıqRadiosuna aksiyada iştirak edən tələbələrdən biri məlumat verib:

«Dünən axşam saatlarında Facebook-da Altay Göyüşovun BDU-dan çıxarılması haqda yazılanları oxuduq. Səhər saatlarında isə dördüncü kursda təhsil alan, tarix fakultəsinin 55 tələbəsiylə birlikdə qərara gəldik ki, dərsləri boykot edək. İlk olaraq 4-cü kurs tələbələri dərsə girməkdən imtina etdilər. Tarix korpusunun qabağına toplaşdıq. Daha sonra dekan Azad Rzayev məsələni birlikdə müzakirə etməyimizi istədi. Boykota 2-3-cü kurs tələbələri də qoşulmuşdu. Görüşdə prorektor Sani Hacıyev tələbələrə söz verdi ki, Altay müəllimin sabah dərsi var. Sabah gəlib dərsini keçə bilər».

Tələbələr deyirlər ki, onlara verilən vəd yerinə yetirilməsə dərslərə girməkdən imtina edəcəklər.

Tarixçi Altay Göyüşov çalışdığı Bakı Dövlət Universitetindən çıxarılıb. Bu barədə onun özü Facebook-da yazıb.

A.Məhərrəmov bildirib ki, A.Göyüşov universitetin müəllimidir, ancaq onun müəllim kimi də fəaliyyəti araşdırılır. Rektor hesab edir ki, Altay Göyüşov Amerikaya qayıtmaq niyyətində olduğu üçün işinə səhlənkar yanaşır: «Hələlik müəllim kimi onun haqqında heç bir qərar yoxdur. Ancaq bir neçə vaxtdır onun məsələsi müzakirə olunur. Biz onu ABŞ-a göndərdik ki, gəlsin, universitetdə ingiliscə dərs desin. Mən rektor kimi düşünürəm ki, Altay Göyüşov uzun müddət dərsə gəlmədiyi üçün müəllim kimi işdən çıxarılmalıdır. Ancaq hazırda onunla bağlı heç bir əmr yoxdur».

Tarix fakultəsinin dekanı Azad Rzayev və prorektor Sani Hacıyev tələbələr qarşısında çıxış edərkən
Tarix fakultəsinin dekanı Azad Rzayev və prorektor Sani Hacıyev tələbələr qarşısında çıxış edərkən


XS
SM
MD
LG