Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

Argentina Respublikasının səfiri Naxçıvanda səfərdə olub


Naxçıvan Ali Məclisi
Naxçıvan Ali Məclisi
Argentina Respublikasının səfiri Karlos Dante Rivan Naxçıvanda iki günlük səfərdə olub.

Bu haqda AzadlıqRadiosuna Argentina səfirliyindən məlumat verilib.

Noyabrın 11-də başlanan səfər çərçivəsində səfir Ali Məclisin sədri Vasif Talıbovla görüşüb. Karlos Dante Rivan Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Naxçıvan Dövlət Universitetində də görüşlər keçirib.

“Şərq Qapısı” qəzetinin məlumatına görə isə , Naxçıvan Ali Məclisində baş tutan görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Vasif Talıbov səfirin fəaliyyətinin Naxçıvanla əlaqələrin inkişafı baxımından səmərəli olacağına əminliyini bildirib.

Səfir Naxçıvanın tarixi abidələri, mədəniyyət və sənaye müəssisələri ilə də tanış olub.
Karlos Dante Rivan 2013-cü ilin aprel ayından Argentinanın Azərbaycandakı səfiri vəzifəsini icra edir. Səfirlikdən verilən məlumata görə, bu onun regionlara ilk səfəri olub.
XS
SM
MD
LG