Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

“Milli Şura bir-iki çığır-bağır salanın əlinə keçib”


Eks-spiker Rəsul Quliyev
Eks-spiker Rəsul Quliyev
-
“Yeni Müsavat” qəzeti eks-spiker Rəsul Quliyevin müsahibəsini yayıb. Rəsul Quliyev Milli Şura ilə bağlı fikirlərini açıqlayıb.

Eks-spiker deyib ki, Milli Şura məğlubiyyətin səbəbini ancaq hökumətin saxtalaşdırmasında görür, elə ancaq “Cəmil Həsənli prezidentdir” kimi yanlış ifadəni təkrarlayır:

“Adamdan soruşarlar, məgər siz bilmirdiniz seçkilər saxtalaşdırılacaq? Hansından soruşsan deyəcək bilirdim. Adamdan soruşarlar, hansı protokollara, sənədlərə söykənib “Cəmil Həsənli uddu” deyirsiniz? Məgər rayonlarda keçirilə bilməyən, Bakıda təşkil olunmuş ən çoxu 5 min adamın iştirak etdiyi mitinqlərdən ibrət dərsi götürüb uduzmanın səbəblərini daha dərindən analiz etmək lazım deyilmi?

Məsələ ondadır ki, MŞ-nin üzvlərinin ən azı 80 faizi mənim dediklərimin mütləq düzgün olduğunu bilir, ancaq səslərini çıxarmırlar. Elə mövqeyimizi ürəyimizdə saxlamağımız Azərbaycanın evini yıxıb.

MŞ bir-iki çığır-bağır salan, şübhəli keçmişi və bu günü olanların əlinə keçib. Ona görə heç bir konfliktdən söhbət getmir. Əgər növbəti sessiyasında mənim qaldırdığım məsələlər müzakirəyə çıxarılmasa, məni o ölü təşkilatın üzvü hesab etməyə bilərsiniz”.

ƏLİ MƏSİMLİ: “XALQ EVLƏRİ” TİKİLSİN

“Yeni Azərbaycan” qəzeti parlamentdə 2014-cü ilin büdcə müzakirəsindən reportaj yayımlayıb. Məqalədə deyilir ki, büdcə müzakirəsi zamanı millət vəkili Əli Məsimli əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsini qabardıb:

“Ə.Məsimli Almaniyanın müharibədən sonrakı təcrübəsini misal gətirərək bildirib ki, insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb olub. O deyib:

“Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə - hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq”.

EKSPERT: “DEPUTATIN PROQNOZU HÖKUMƏTİN PROQNOZUNU 13 MİLYARD ÜSTƏLƏYİR”

“Mediaforum” saytı İqtisadçı ekspert Rövşən Ağayevdən Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin yaxın dörd-beş ildə ümumi daxili məhsulun 100 milyard dollar, büdcə 30-35 milyard dollar həcmində olacağı ilə bağlı proqnozuna rəy öyrənib.

Azərbaycan manatı
Azərbaycan manatı
Rövşən Ağayev deyib ki, Hökumət özünün ortamüddətli sosial-iqtisadi inkişaf proqnozlarında 2017-ci ildə ümumi daxili məhsulun həcmi 67 milyard manat olacağını qeyd edir:

“Qarşıdakı dövrdə dolların indiki məzənnəsini də sabit saxlamaq niyyətini nəzərə alsaq, Ziyad müəllimin proqnozunun hökumətin proqnozunu təxminən 13 milyard manat üstələdiyini görmək olar. Onun dediyi yaxın dörd-beş il elə 2017-2018-ci illərə təsadüf edir”.

Rövşən Ağayev deyir ki, hökumətin ortamüddətli büdcə proqnozlarına görə, 2017-ci ildə dövlət büdcəsinin xərcləri 17,8 milyard manat (indiki məzənnə ilə 22,5 milyard dollar) səviyyəsində olacaq. Bu isə 2014-cü ilin proqnozundan təxminən 2,3 milyard manat (3 milyard dollar) azdır:

“Bizim hökumətimiz rəqəmləri üfürüb-şişirtməyin ustası olsa da, deyəsən, reallığı görməyə başlayıb. Proqnozlaşdırılan postneft dövrü (2020-2025-ci illər) yaxınlaşdıqca hökumət makroiqtisadi göstəricilərin proqnozunu da qayçılamaq məcburiyyətindədir. Amma nədənsə parlamentin iqtisadi siyasət komitəsinin sədri qayçı üsulu ilə proqnozlaşdırma siyasətindən xəbərsiz qalıb”.

"MAVİ ƏBƏDİYYƏT" MAHNISI TƏKCƏ DƏNİZ HAQQINDA NƏĞMƏ DEYİL

“Azərbaycan” qəzeti bu günkü sayında ÜNS Yaradıcılıq Səhnəsində müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerasından yazıb.

Məqalədə deyilir “Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirib ki, Müslüm Maqomayevin adı təkcə Azərbaycanın deyil, Rusiyanın, ümumiyyətlə, bəşəriyyətin tarixinə əbədi daxil olub:

“Müslüm Maqomayevin "Mavi əbədiyyət" mahnısını təkcə dəniz haqqında nəğmə adlandırmaq sadəlövhlük olardı. Mənə elə gəlir ki, bu mahnı həyatın özüdür, Müslüm Maqomayevin dərk edilməsidir. Biz böyük ustadın, təmiz qəlbli və vicdanlı insanın xatirəsi qarşısında baş əyirik”.

Filmin nümayişində prezident İlham Əliyevin qızları LeylaArzu Əliyevalar filmə baxıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG