Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Bakı polisinin sabiq rəis muavini həbs olunub


Bakı Şəhər Baş Polis İdarəsinin ( BŞBPİ) keçmiş rəis müavini Cavadağa Sultanov Birləşmiş Ərəb Əmirliklərində həbs edilib. Bu barədə “Turan” agentliyi xəbər yayıb. Məlumatda qeyd olunur ki,sabiq rəis müavini biznes sövdələşmələri zamanı 7 milyon dollarlıq öhdəliyi yerinə yetirməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Cavadağa Sultanovun tutulduğunu təsdiq edib: “Cavadağa Sultanovu noyabrın 6-da Şarja polisi saxlayıb. Hazırda istintaq aparılır. Dubaydakı konsulluğumuz məsələni nəzarətdə saxlayır”.

Polkovnik Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il əmri ilə orqandan xaric edilib.

Sabiq polis polkovniki Hacı Məmmədov 2005-ci ildə tutularaq silsilə qətllərə və adam oğurluqlarına görə ömürlük həbs cəzasına məhkum edilib.

Multimedia

XS
SM
MD
LG