Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 23:11

Azərbaycan rəssamı Lissabonda sərgilənəcək


Mehriban Əfəndi
-
Noyabrın 30-dan yanvarın 4-dək Lissabonda Аmador vilayətindəki The Roque Gameiro-da “Sürrealizm Bugün” adlı beynəlxalq sərgi açılacaq.

Rəssamın AzadlıqRadiosuna verdiyi xəbərə görə, 29 ölkə rəssamlarının qatıldığı sərgidə azərbaycanlı rəssam Mehriban Əfəndi də iştirak edəcək.

Bu yaxınlarda Mehriban Əfəndi Lissabonda keçirilən daha bir sərgidə-- İnternational Exhibition of Surrealism Now sərgisində Azərbaycanı təmsil etmişdi.

Mehriban Əfəndi kino rəssamıdır. C. Cabbarlı adına kinostudiyada çalışır. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sürrealist cərəyanının təmsilçisidir.

Onun əsərləri bir çox beynəlxalq sərgilərdə göstərilib.
XS
SM
MD
LG