Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

Nyu-Yorkda atışma olub, 3 nəfər ölüb


Foto arxiv
Foto arxiv
Nyu-Yorkda bir nəfər atəş açaraq 3 nəfəri öldürüb, birini isə yaralayıb.Sonda o özünü də öldürüb.

Polisin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunda baş verib.

Onların hamısının əslən İrandan olduqları bildirilir.Kütləvi informasiya vasitələri qatil və ölənlərin “Sarı it” adlı rok qrupunun üzvləri olduğunu yazırlar.2006-cı ildə Tehranda yaradılan qrupun üzvləri ABŞ-a bir neçə ildir ki, gəlibmişlər.

Məlumatlara görə atəş açan qrupdan qovulubmuş .Amma polis hələlik insidentin motivi barədə rəsmi məlumat verməyib. Yaralının vəziyyəti sabitdir.
XS
SM
MD
LG