Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 18:33

Biləsuvar sərhəd-buraxılış məntəqəsində problem hələ də aradan qaldırılmayıb


Foto arxiv
Noyabrın 7-dən başlayaraq Biləsuvar sərhəd buraxılış məntəqəsində yaranmış problem hələ də aradan qalxmayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun APA-ya verdiyi məlumata görə, piyadaların sərhəd-buraxılış məntəqəsindən İrana keçməsinə icazə verilsə də, nəqliyyat vasitələri hələ də buraxılmır və onların sayı artıb.Bunlar əsasən Naxçıvana getmək istəyən ağır tonnajlı yük maşınlarıdır.

İran tərəfi ilə aparılan danışıqlar hələlik heç bir nəticə verməyib. Məlumata görə, atıq ərazidə maşınların dayanması üçün yer yoxdur, bəzi maşınlardakı ərzaq məhsullarının vaxtı isə bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG