Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 15:58

İraqda baş verən partlayışlarda 30 adam ölüb


İraqda baş verən partlayışlarda 30 adam ölüb. Onlardan azı 20-nin əsgər olduğu bildirilir.

Rəsmilər bildirirlər ki, maşına qoyulmuş bombalardan biri Bağdadın şimalındakı Tarmiyahdakı hərbi bazanı hədəfə alıb.

Digər partlayış Kərbəlaya gedən zəvvarlara ərzaq xidməti göstərən çadırın yaxınlığında baş verib. Başqa bir partlayış isə Bağdadın 330 km şimal-qərbində yerləşən Ana şəhərində olub.

Mosul şəhərində isə bomba qoyulmuş maşın bazarın yaxınlığında partlayıb.

Bu il 5500-dən çox iraqlı partlayışlarda ölüb. Təkcə oktyabr ayında minə yaxın adam həlak olub.
XS
SM
MD
LG