Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 20:44

Lənkəranda ana doğuş zamanı ölüb


-
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Əhmədağa qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.
Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova APA-ya faktı təsdiqləyib.
Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur.
Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG