Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 21:17

Olimpiya stadionu yaxınlığında son evlər sökülür


Yeni Olimpiya stadionu, yeni söküntülər?
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Yeni Olimpiya stadionu, yeni söküntülər?

.
Böyük Şorda Olimpiya stadionunun tikintisi ilə əlaqədar son evlərin söküntüsü gedir.

Bu barədə AzadlıqRadiosuna Böyük Azərbaycan partiyasının rəhbəri Elşad Musayev məlumat verib. O, ərazidə cəmi 8 ev qaldığını, üç aydan çoxdur qaz, su, işığın kəsildiyini söyləyir.
Elşad Musayev kompensasiyanın azlığına etiraz etdikləri, proses qanunauyğun aparılmadığı üçün ərazini tərk etmədiklərini deyir:
“Mövcud sahəni də düzgün göstərməyiblər. Kvadratına 800-850 manat veriblər. Əslində 1.020 nəzərdə tutulub, 20 faizini, 170 manatı tutublar. 1.020 manat olsa belə, azdır. Digər tərəfdən ancaq qiymətləndiricilər gəlib, bircə hökumət təmsilçisi də gəlməyib”.
Elşad Musayev “Torpaqların dövlət ehtiyacları üçün alınması” qanununun tələblərinə əməl olunmadığını da sözlərinə əlavə edir. Belə ki, onun sözlərinə görə, söküntülər məhkəmə qərarı olmadan aparılıb.
2015-ci ildə Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Böyük Şorda Olimpiya stadionu da bu məqsədlə tikilir.
XS
SM
MD
LG