Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Tacikistanda prezident seçkisi keçirilir


Tacikistan
.
Bu gün Tacikistanda prezident seçkisi başlayıb.

Hazırkı prezident Emomali Rahmon-un asanlıqla dördüncü müddəti də qazanacağı gözlənir. Digər beş namizəd tanınmayan simalardır, dövlətin maliyyəsi ilə keçirilən seçki kampaniyasında hökumətin siyasətini açıq tənqiddən çəkiniblər. Müxalifətin Sosial Demokrat partiyası seçkini boykot edəcəyini deyib. Kampaniyanın “konstitusiyanın pozulması” və “dövlətin təşkil etdiyi saxtakarlıqla” keçdiyi bildirilir.
ATƏT Tacikistanın dövlət mediasını kampaniya dövründə Rahmon barədə geniş məlumat verməkdə qınayıb. Seçki ərəfəsi YouTube, həmçinin müstəqil xəbər portalı qismən bloklanıb.
Tacikistan Orta Asiyanın ən yoxsul ölkələrindəndir. İşsizlik və korrupsiya yüksək səviyyədədir.
XS
SM
MD
LG