Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

Azərbaycan və Ermənistan prezidentləri noyabrda görüşməyə razılıq veriblər


“Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həllində mövqelərini aydınlaşdırmaq və gələcək addımları müzakirə etmək üçün 2013-cü ilin noyabrında görüşmək niyyətlərini təsdiqləyiblər”. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabrın 5-də yaydığı açıqlama deyilir.

Həmsədrlər (Rusiyadan İgor Popov, Fransadan Jacques Faure və ABŞ-dan James Warlick) və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk noyabrın 4-5-də regiona səfər edib. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllini tapmaq üçün tərəflərə yardım etmək olub.

Həmsədrlər noyabrın 4-də Prezident İlham Əliyev və noyabrın 5-də Ermənistan prezidenti Sargsyan-la görüşüblər. Hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə də görüşlər keçirilib.

Həmsədrlər gözlənən samitə hazırlıqları davam etdirdiklərini bildirirlər. Onlar tərəfləri həm ölkələrində, həm də bəyanatlarında təmkinlilik göstərməyə çağırıblar. “Xüsusilə bu anda hərbi addım ancaq sülh prosesinə zərbə vurmaq cəhdi sayıla bilər,” bəyanatda belə deyilir.
XS
SM
MD
LG