Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:23

AŞPA komitəsində Azərbaycandakı prezident seçkisi müzakirə olunacaq


Samad Seyidov
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafail Hüseynov qurumun Monitorinq, Hüquq və insan haqları komitələrinin iclasında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar.

Toplantılarda Azərbaycan və Gürcüstanda keçirilmiş prezident seçkiləri, monitorinq prosesinin təkmilləşdirilməsi, 2008-ci il Rusiya -Gürcüstan müharibəsinin nəticələri, insan orqanları alverinə qarşı mübarizə, insan haqları pozuntularına görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG